Dünyanın hüquq coğrafiyası
Hüquq coğrafiyasının elm olmasını fransız komparativisti M.Ansel iki istiqamətdən, bir-birindən fərqlənən, eyni zamanda bir-birini tamamlayan iki nöqteyi-nəzərdən izah edir.
Birinci istiqamət hər hansı bir ölkənin hüquq institutlarının və problemlərinin öyrənilməsi zamanı müqayisəli rnetoddan istifadə ilə bağlıdır. Bu halda konkret bir hüquqi problem müxtəlif həcmli müqayisəli-hüquqi əsasda öyrənilir. Bu amil, bir qayda olaraq, ayrı-ayrı hüquq sahələri daxilində, mikrosəviyyədə müqayisə aparılmasını əhatə edir.
İkinci istiqamət, xarici ölkə hüququnun bütövlükdə hüquq sis- temi səviyyəsində əlahiddə öyrənilməsidir. Bura, həmçinin hüququn ayrı-ayrı sahələrinin və ya institutlarının da öyrənilməsi daxil edilir. Bu istiqamətdə məqsəd, əvvəllər müqayisə əsasında hüquq tarixini canlandırmaq üçün göstərilən cəhd kimi dünyanın "hüquq coğrafiyasını" yaratmaqdır. Mikrosəviyyədə aparılan belə müqayisədən məqsəd dünyanın hüquq xəritəsində baş verənləri, müasir dövrün əsas hüquq sistemlərinin inkişafının necəliyini, ayrı-ayrı dövlətiərin milli hüquq sistemindəki dəyişiklikləri üzə çıxarmaqdır.
Hüquq coğrafiyasının predmetini müxtəlif hüquq sistemlərinin tarixən yaranmasındakı ümumi qanunauyğunluqlar, prinsiplər, fərqli cəhətlər, onların formalaşması və inkişafı sahəsindəki tədqiqatlar təşkil edir. Obyektini isə dünyanın hüquqi gerçəkliyinin tədqiqi təşkil edir.